2024-cü ildə dövlət investisiya xərcləri 97,4% icra olunub

10 Sentyabr 2025 17:35 (UTC+04:00)

2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə ayrılmış vəsaitin icrası 97,4% təşkil edib. SİA xəbər verir ki, bu barədə “Dövlət auditi” bülleteninin 2025-ci il üçün ikinci buraxılışında dərc olunan məqaləsində Hesablama Palatasının şöbə müdiri Firiş Şəkərəliyev qeyd edib.

Belə ki, dürüstləşdirilmiş təyinat üzrə 2814,2 milyon manat müəyyən edilsə də, icra 2741,6 milyon manat olub. Bu göstərici 2023-cü illə müqayisədə 81,2 milyon manat və ya 3,1% artım deməkdir. Artımın əsas səbəbi xarici kreditlərin və digər əsaslı qoyuluş xərclərinin çoxalması ilə bağlıdır. Dövlət İnvestisiya Proqramına daxil olan prioritet layihələrlə yanaşı, dövlət büdcəsinin digər bölmələri və büdcədənkənar xərclər hesabına da əhəmiyyətli maliyyələşmələr aparılıb.