Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “Bərdə Ticarət” ASC-yə məxsus bazarda təkrar yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, nəzarət tədbiri zamanı bir sıra nöqsanlar aşkarlanıb, həmçinin bundan əvvəl aparılan yoxlama zamanı qeydə alınan nöqsanlara yenidən yol verildiyi müəyyən edilib.
Yoxlama zamanı bazarın döşəmə, divar və tavan səthlərinin təmirsiz olduğu, alətlər üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin gigiyena qaydalarını gözləmədiyi aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində təkrar inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.