Əhalinin məşğulluğuna dair qanunvericilik təkmilləşdiriləcək

10 Sentyabr 2025 15:21 (UTC+04:00)

Əhalinin məşğulluğunun artırılması sahəsində qanunvericilik təkmilləşdiriləcək. SİA xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan komitənin 2025-ci il payız sessiyası üçün İş Planında əksini tapıb

İş Planına “Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmə keçirilməsi daxil edilib.