İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

10 Sentyabr 2025 14:45 (UTC+04:00)

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun sentyabrın 12-də Şəmkirdə keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib. Nazirlikdən SİA-ya bildirilib ki, görüşün keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.