Parlamentdə Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

10 Sentyabr 2025 13:00 (UTC+04:00)

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin göstəricisidir. Bu səfər heç də təsadüfi deyil, münasibətlər yeni mərhələyə qədəm qoyur. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin sentyabrın 10-da keçirilən iclasında çıxışı zamanı səsləndirib.

Səməd Seyidov, həmçinin ümidvar olduğunu bildirib ki, Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında parlamentlərarası dialoq yaxın gələcəkdə daha da intensivləşəcək. Bu məqsədlə qarşıdakı payız sessiyasında bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. Onun sözlərinə görə, bu təşəbbüslər Azərbaycan-ABŞ münasibətlərində institusional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.