NATO gecə ərzində çoxlu sayda pilotsuz uçuş aparatının (PUA) Polşa hava məkanına daxil olduğunu və onlara cavab verildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, NATO sözçüsü Allison Hart "X" sosial media platformasında Polşa və NATO hava hücumundan müdafiə sistemlərinin Polşanın hava məkanını pozan pilotsuz təyyarələrə birgə müdaxilə etdiyini açıqlayıb.
Hart həmçinin bildirib ki, NATO-nun baş katibi Mark Rutte Polşa rəhbərliyi ilə sıx təmasdadır və sıx məsləhətləşmələr aparır. Digər tərəfdən, məsələnin NATO Şurasının Brüsseldəki mənzil-qərargahında keçirilən həftəlik iclasında müzakirə ediləcəyi də bildirilib.
Polşa səlahiyyətliləri də açıqlamasında Rusiyanın Ukraynadakı hədəflərə hücumları zamanı sözügedən pilotsuz təyyarələrin Polşanın hava məkanını pozduğunu bildirib.