ADY Bakı-Ağstafa və əks istiqamətdə əlavə qatar reysləri təyin edib

10 Sentyabr 2025 11:04 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa və əks istiqamətdə əlavə qatar reysləri təyin edib. SİA QSC-yə istinadən xəbər verir ki, sərnişin tələbatını təmin etmək məqsədilə 13 sentyabrda Bakı-Ağstafa, 14 sentyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Hərəkət cədvəli və biletlərlə bağlı məlumat ADY-nin rəsmi saytı (www.ady.az), “ADY Mobile” tətbiqi, dəmiryol kassaları, eləcə də 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edilə bilər.