AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

10 Sentyabr 2025 10:32 (UTC+04:00)

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən bildirilib.

O, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək "Ayaks" (Niderland) – "Şturm" (Avstriya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən "De Toekomst" stadionda baş tutacaq.