Danimarkanın əczaçılıq şirkəti "Novo Nordisk" restrukturizasiyası çərçivəsində 9 min işçisini ixtisar edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, dünyaca məşhur arıqlama dərmanı "Wegovy" istehsal edən şirkət, yenidən strukturlaşdırma yolu ilə illik 8 milyard kron və ya təxminən 1,26 milyard dollar qənaət etməyi hədəflədiyini açıqlayıb. Qlobal miqyasda 78,400 işçisi olan şirkət, baş ofisi olduğu Danimarkada təxminən 5,000 işçini ixtisar edəcək.