Ağır xəstələndiyini bildirən Simonyan əməliyyat olunub..?

10 Sentyabr 2025 10:18 (UTC+04:00)

SİA o gün də xəbər vermişdi...

...Ukrayna və Qərbə qarşı aqressiv ritorikası ilə tanınan rusiyalı təbliğatçı Marqarita Simonyan səhhətində ciddi problemlər olduğunu bildirib.

Dialoq.UA yazır ki, onun sözlərinə görə, həkimlər ona əməliyyat tələb edən ağır xəstəlik diaqnozu qoyublar. Sentyabrın 7-də Simonyan Vladimir Solovyovun proqramında onkoloji diaqnoza eyham vurub.

O, döşünün sol tərəfinə işarə edib, çoxları bunu mümkün mastektomiyanın təsdiqi kimi qəbul edib.

Təbliğatçı özünü amansız işgəncələrlə hədələnən “Gənc Qvardiya” məhbusları ilə müqayisə edərək, heç olmasa narkozla əməliyyat olunacağını vurğulayıb.

Və artıq sentyabrın 9-da Simonyan sosial şəbəkələrdə əməliyyatın baş tutduğunu yazıb.

...Bir neçə saat əvvəl anesteziyadan çıxdım. Mənim yazım ləng və əyridir, üzr istəyirəm, - o, təfərrüatları açıqlamadan yazıb, lakin əlavə edib ki, "bundan sonra hər şey Rəbbin əlindədir".

...Bu arada mediada yayılan məlumatlara görə, təbliğat dairələri Simonyanın RT-nin baş redaktoru vəzifəsindən mümkün istefasını aktiv şəkildə müzakirə edir. Səbəb kimi onun səhhətinin pisləşməsi göstərilir, baxmayaraq ki, onun işdən çıxarılması ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Əli Babayev