Litva Belarusla sərhəd təhlükəsizliyini gücləndirəcək

9 Sentyabr 2025 17:44 (UTC+04:00)

...“Qərb-2025” Belarus-Rusiya hərbi təlimləri ilə əlaqədar Litva Belarus və Rusiya ilə sərhədin mühafizəsini gücləndirəcək.

SİA xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin sərhəd xidməti məlumat yayıb.

Xatırladaq ki, Polşa təlimlərlə əlaqədar sentyabrın 12-nə keçən gecə sərhədi tamamilə bağlayır.

Əli Babayev