Şeyxülislam TDT-nın Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısında iştirak edəcək

9 Sentyabr 2025 13:21 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qırğızıstana səfər edəcək. QMİ-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, A.Paşazadə sentyabrın 11-də Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısına qatılacaq.

İstanbul, Bakı, Şuşa, Türküstan, Daşkənd, Astana toplantılarının ardınca Bişkekdə baş tutacaq VI iclasda “İslamda ümmətin vəhdəti” adlı sənədin qəbulu nəzərdə tutulub.

Qeyd edək ki, Şuranın növbəti iclası Azərbaycanda keçiriləcək.