Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 40 mindən çox xidmət göstərilib

9 Sentyabr 2025 12:00 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 30 min 121 şəxs qəbul edilib. Dövlət Vergi Xidmətindən SİA-ya bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 40 min 897 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.

Yanvar-avqust aylarında vergi ödəyicilərinə 663 min 309 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Bu dövr ərzində vergi ödəyiciləri ilə 77 görüş keçirilib, 323 sayda ünvanlı xidmət göstərilib. Həmçinin 2318 müraciət üzrə 4133 “ASAN İmza” sertifikatı verilib.