Meksikada sərnişin avtobusu qatarla toqquşub - 8 nəfər ölüb, 45 nəfər yaralanıb

9 Sentyabr 2025 11:53 (UTC+04:00)

Meksikanın Atlakomulko şəhərində sərnişin avtobusunun qatarla toqquşması nəticəsində baş verən qəzada ilkin məlumata görə, 8 nəfər ölüb, 45 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, Atlakomulko sənaye zonasında dəmir yolu keçmək istəyən ikimərtəbəli sərnişin avtobusu yük qatarı ilə toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb, bəziləri ağır olmaqla 45 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.