Səkkiz ayda DSMF-nin xərcləri 5 milyard 5 milyon manat olub

9 Sentyabr 2025 11:47 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 6 faiz və ya 307 milyon manat çox olmaqla, 5 milyard 273 milyon manat təşkil edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata göprə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 297 milyon manat artaraq 4 milyard 182 milyon manat olub.

Yanvar-avqust aylarında DSMF-nin xərcləri 5 milyard 5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 425 milyon manat çoxdur.