Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat başlayır

9 Sentyabr 2025 10:35 (UTC+04:00)

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbul olunmuş şəxslər https://portal.edu.az/saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.