Bu gün müğənni Nadir Qafarzadənin evində toydur. SİA xəbər verir ki, sənətçinin oğlu Əziz Sevil adlı xanımla ailə qurur. Şəhər restoranlarından birində keçirilən məclisə şou-biznes nümayəndələri də dəvət olunub.
Qeyd edək ki, bir müddət əvvəl cütlüyün nişanı olmuşdu. Nadirin Loğman adlı bir oğlu da var. Loğman bir neçə il əvvəl ailə qurub.