BMT Baş katibi Yerusəlimdə baş vermiş terror aktını pisləyib

8 Sentyabr 2025 21:27 (UTC+04:00)

BMT Baş katibi Antonio Quterreş bu gün Yerusəlimdə azı 6 nəfərin ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyib.

SİA-nın məlumatına görə, bu barədə Baş katibin bəyanatında deyilir.

Baş katib həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, yaralananların tam və tezliklə sağalmasını arzulayıb.