...Artıq Rusiyanın bir sıra regionlarını və işğal altında olan Luqansk vilayətini vuran yanacaq böhranı Donetskə də çatıb. SİA xəbər verir ki, bu barədə Z-təbliğatçısı Anastasiya Kaşevarova məlumat verib.
Onun sözlərinə görə, hazırda “DPR” və “LPR” adlanan yanacaqdoldurma məntəqələrində 2-3 saat gözləmə müddəti ilə böyük növbələr yaranır.
O, Telegram-kanalında şikayət edir: "Stıcılar benzinin litrini 200 rubla satırlar. 95 benzinin litri 90 rubla çatır və hətta daha yüksək qiymətə satırlar".
Kaşevarova qeyd edir ki, Moskvanın təyin etdiyi “hakimiyyətlər” problemlərin həll olunduğunu bildirirlər, amma əslində təbliğatçı əmin edir ki, belə deyil.
...Məsələ hərbçilərlə bağlı da aktualdır. Hərbi benzin də yoxdur: nəsə gətirilsə, ilk növbədə evakuasiya qrupları doldurulur. Hərbçilər dövlət yanacaqdoldurma məntəqələrində və öz vəsaitləri hesabına yanacaq doldururlar.
Bunu da o deyir.
Əli Babayev