Alkoqolun təhlükəsiz dozası yoxdur..!

8 Sentyabr 2025 23:45 (UTC+04:00)

...Kiçik miqdarda spirtin nəinki zərər vermədiyi, həm də bədənə faydalı təsir göstərdiyinə dair bir fikir var.

SİA-nın məlumatına görə, rusiyalı həkim Roman Lısak spirtli içkilərin istənilən dozasının niyə zərərli hesab edildiyini izah edib.

...İstənilən miqdarda spirt sağlamlığa zərərlidir.

“Omsk-İnform” portalı ilə söhbətində mütəxəssis bildirib ki, həftə sonları içki qəbul edən şəxs alkoqoldan sui-istifadə edən insan qədər sağlamlığa zərər verir.

...Alkoqolun tərkibindəki etil spirti bütün orqanlara təsir edir, lakin ilk növbədə ürək, mədə, mədəaltı vəzi, onikibarmaq bağırsaq, qaraciyər və bağırsaqlara təsir göstərir.

Həkim həmçinin qeyd edib ki, alkoqolun kiçik dozaları asılılığa səbəb ola bilər, çünki hər dəfə həyəcan verici, əhval-ruhiyyəni qaldıran effekt əldə etmək üçün daha böyük doza tələb olunacaq.

Nəhayət, insan stimullaşdırmadan həyatdan həzz almağı dayandırır, depressiv əhval-ruhiyyəyə düşür, artıq bərpası mümkün olmayan minlərlə neyronu məhv edir.

Əli Babayev