Bakı-Quba yolunda avtomobil yanıb

8 Sentyabr 2025 13:58 (UTC+04:00)

Xızı rayonunda yanğın olub.

SİA FHN-ə istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 55-ci kilometrliyində “VGV” markalı minik avtomobilinin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.