"Barselona”nın yetirməsi İran klubunda

8 Sentyabr 2025 07:17 (UTC+04:00)

İspaniyalı hücumçu Munir El-Haddadi “Esteqlal”a keçib. SİA xəbər verir ki, bu barədə İran klubunun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilin yayına qədər imzalanıb. Keçən mövsüm El-Haddadi “Leganes”də oynayıb; La Liqada 25 oyunda 4 qol vurub. O, “Barselona”nın yetirməsidir.