Tuba yeni filmində rəqqasəni canlandıracaq

8 Sentyabr 2025 02:13 (UTC+04:00)

Türkiyəli aktrisa Tuba Büyüküstünün yeni layihəsi bəlli olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Sultana” filmində rol alacaq. O, filmdə gecə klubunda çalışan "Meral" adlı rəqqasəni canlandıracaq. Filmin çəkilişləri noyabrda başlayacaq.