88 operator ABŞ-a poçt daşımalarını dayandırdı

8 Sentyabr 2025 02:46 (UTC+04:00)

Yeni gömrük rüsumlarının tətbiqindən sonra dünyanın müxtəlif ölkələrindən 88 operator ABŞ-a poçt daşımalarını dayandırıb və ya məhdudlaşdırıb. SİA xəbər verir ki, bu barədə Ümumdünya Poçt İttifaqı məlumat yayıb. Bildirilir ki, bu səbəbdən ABŞ-la poçt mübadiləsi 81 faiz azalıb. Daşımaları azaldan operatorlar arasında Deutsche Post (Almaniya) və Royal Mail (Birləşmiş Krallıq) kimi qlobal poçt daşıyıcıları da yer alır.

Qeyd edək ki, əvvəllər ABŞ-a 800 dollar həcmində şəxsi poçt göndərişlərinə heç bir vergi tətbiq edilmirdi. İndi bu rəqəm 100 dollara endirilib.