Belarusiyalı tennisçi qadınlar arasında fərdi yarışında qalib olub

7 Sentyabr 2025 16:08 (UTC+04:00)

Belarusiyalı tennisçi Arina Sobolenko ABŞ Açıq Çempionatının qadınlar arasında fərdi yarışında qalib olub. SİA xəbər verir ki, o, finalda amerikalı Amanda Anisimovanı 6:3, 7:6 (7:3) hesabı ilə məğlub edib.

Beləliklə, Arina Açıq Erada “Böyük Dəbilqə” turnirlərində 100 qələbə qazanan ikinci tennisçi olub. İlk dəfə bu nailiyyəti 2025-ci il Vimbldonu zamanı polşalı İqa Şventek əldə etmişdi.

Sobolenko ABŞ Açıq Çempionatını ikinci il ardıcıl qazanıb. Ümumilikdə, 27 yaşlı belarusiyalının aktivində fərdi olaraq 4 “Böyük Dəbilqə” titulu var.