Futbolçu Nəriman Axundzadə millinin heyətindən çıxarılıb

7 Sentyabr 2025 12:15 (UTC+04:00)

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. AFFA-dan SİA-ya bildirilib ki, hücumçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna yığması ilə qarşılaşacaq.