Asiya Çempionatının finalçıları müəyyən oldu

7 Sentyabr 2025 11:09 (UTC+04:00)

Üç gündür davam edən gərgin mübarizələr artıq həlledici mərhələyə çatdı. Turnirin hər günü özündə böyük həyəcan, maraqlı anlar və gözlənilməz nəticələr daşıdı. İndi isə bütün diqqətlər final qarşılaşmalarına yönəlib.

1-ci günün nəticələri:

Qazaxıstan 7:2 Honq Konq pizza hut

Pakistan 4:0 Qırğızıstan

Özbəkistan 1:0 BƏƏ

2-ci günün nəticələri:

Qazaxıstan 0:7 Özbəkistan

Pakistan 7:0 Honq Konq

BƏƏ 5:2 Qırğızıstan

Bu nəticələrdən sonra turnirdə güclülər və zəiflər arasında dəqiq fərqlər özünü göstərdi. Pakistan və Özbəkistan qətiyyətli oyunu ilə finala yüksələrək çempionluq iddiasını ortaya qoydular. Qazaxıstan və BƏƏ isə 3-cü yer uğrunda mübarizə aparacaq. Honq Konq və Qırğızıstan isə 5-ci yer üçün üz-üzə gələcək.

Yekun qarşılaşmalar:

Final: Özbəkistan – Pakistan

3-cü yer uğrunda oyun: Qazaxıstan – BƏƏ

5-ci yer uğrunda oyun: Honq Konq – Qırğızıstan

Turnirin bu mərhələsində artıq hər qol, hər dəqiqə və hər hücum taleyüklü olacaq. Güclü komandaların çıxışı göstərdi ki, buraya qədər təsadüfi gələn yoxdur. İndi azarkeşləri böyük həyəcan gözləyir – çünki məhz qarşıdakı oyunlar yarışın qalibini və mükafatçılarını müəyyənləşdirəcək.