Şerif Sezərin cavanlığını qızı canlandıracaq - FOTO

7 Sentyabr 2025 03:39 (UTC+04:00)

"Çarpıntı” serialında rol alan aktrisa Şerif Sezərin cavanlığını qızı canlandıracaq. SİA xəbər verir ki, Star TV üçün hazırlanan "Çarpıntı" serialının ilk bölümü bazar günü nümayiş olunacaq. Serialda aktrisa Şerif Sezer Alkan ailəsinin nənəs"Figen" obrazında çəkilib. Ssenariyə görə nəvəsinin ürəyi başqa bir gənc qızda yaşayacaq olan Figen Alkanın hekayəsi nostalji səhnələrlə izləyicini təəccübləndirəcək. Serialda Şerif Sezerin gəncliyindən səhnələri aktrisanın qızı Deniz Arna canlandıracaq.