MİQ-in apellyasiya müsahibələrinin nəticələri açıqlanıb

6 Sentyabr 2025 12:40 (UTC+04:00)

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə SİA-ya Təhsil İnstitutunun İnsan Resurları Mərkəzindən məlumat verib. Apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Qeyd edilib ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndəriləcək.