Qazaxda 45 yaşlı kişi itkin kimi axtarılır

6 Sentyabr 2025 10:50 (UTC+04:00)

Qazaxda 45 yaşlı kişi itkin düşüb. DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən xəbərə görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü, Məmmədov Camal Mədət oğlu avqustun 2-də yaşadığı ünvandan çıxaraq Bakı şəhərinə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, boyu 176 sm, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində ağ köynək, qara şalvar, qara ayaqqabı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 0229 5 14 97, 051 233 40 22, 050 258 57 57 şəhər və mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.