Astara rayonunda baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb

5 Sentyabr 2025 19:23 (UTC+04:00)

Astara rayonunda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.

SİA-nın məlumatına görə, bu barədə agentlikdən bildirilib.

Bildirilib ki, araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək.

18:17

Bu gün saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

SİA-nın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib.

Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-sinin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.