Rusiya hərbçiləri kütləvi şəkildə cəbhədən silah apararkən tutulur

5 Sentyabr 2025 18:34 (UTC+04:00)

Rusiya hərbçilərinə qarşı Ukrayna ərazisindən silah və sursat ixrac etmək cəhdlərinə görə getdikcə daha çox cinayət işi qaldırılır.

SİA xəbər verir ki, bu barədə qarnizon məhkəmələrinin məlumatlarını tədqiq edən “Verstka” məlumat yayıb.

“Xüsusi hərbi əməliyyat qəhrəmanları” sərhəddən avtomat, pulemyot, qumbaraatan və minlərlə patron keçirməyə çalışırlar və müharibənin əvvəlindən belə halların sayı üç dəfə artıb – 2021-ci ildə 41 hal qeydə alınıbsa, 2023-cü ildə – artıq 137-dir.

Nəşrin məlumatına görə, təqsirləndirilənlərin əksəriyyəti şərti cəza və ya cərimə ilə azadlığa çıxanlardır.

Yalnız 40 faiz hallarda, məsələn, anbarlardan silahların oğurlanması və ya satışının təşkili üçün real şərtlər (7 ilə qədər həbs) verilir.

Əli Babayev