Ana məktəb yaşlı qızını bir il evdən bayıra buraxmayıb...

5 Sentyabr 2025 21:23 (UTC+04:00)

...Rusiyada, Mari Eldə bir qadının qızı bir il evdən buraxmayandan sonra əlindən alınıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə region üzrə Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb.

Deməli, rus qadın məktəb yaşlı qızını bir il evdən bayıra buraxmayıb və ona insanlarla ünsiyyət qurmağı qadağan edib. Bütün bunlar Yurino kəndində baş verdi.

4-cü sinif şagirdinin anası başqa təhsil müəssisəsinə keçmək adı ilə qızın sənədlərini məktəbdən götürsə də, azyaşlı heç vaxt dərsə başlamayıb.

Qadın tənha həyat tərzi keçirib, qızına həmyaşıdları ilə ünsiyyət qurmağı qadağan edib və Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 5.35-ci maddəsinə əsasən dəfələrlə inzibati məsuliyyətə cəlb edilib.

Beləliklə, uşaq təxminən bir il əsirlikdə qalıb.

2025-ci il sentyabrın 1-də ananın aqressiv müqavimətinə baxmayaraq, məhkəmə icraçıları mənzilə daxil olaraq qızı ələ keçirərək qəyyumluq orqanlarının nümayəndələrinə təhvil veriblər.

Hazırda uşaq təhlükəsizdir, onun gələcək yerləşdirilməsi məsələsi həll edilir.

Vəzifəli şəxslərin qanuni fəaliyyətinə mane olan anaya qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 17.8-ci maddəsi ilə protokol tərtib edilib.

Nazlı Almuradova