"Aleksey İsayevin Cempionlar Liqasında iştirak siyahısına salınmamasının səbəbi heyətdə olan oyunçuların say çoxluğu ilə bağlıdır". Bu sözləri "Deloitte Azərbaycan" və "Qarabağ" Futbol Klubu arasinda Anlaşma Memorandumu imzalanması ilə bağlı keçirilən tədbir zamanı klubun idarə heyyətinin üzvü Asif Əsgərov SİA-nın əməkdaşının ünvanladığı suala cavab olaraq bildirib.
O, bunu UEFA-ya təqdim edilən 25 nəfərlik siyahıda 17 nəfər klub üzvünün və digər 8 oyunçunun gənc oyunçulardan və klubun yetişdirdiyi oyunçulardan ibarət olunması və heyətə daxil edilməsi ilə əsaslandırıb. Aleksey İsayevin siyahıya daxil ola bilməməsinin digər bir səbəbi də baş məşqçi Qurban Qurbanovun və onun məşqçilər korpusunun qərarı olduğunu bildirib.