Böyük Britaniya baş nazirinin müavini istefa verib

5 Sentyabr 2025 15:37 (UTC+04:00)

Böyük Britaniya baş nazirinin müavini Angela Rayner istefa verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rayner korrupsiya araşdırmasının mərkəzində olan 800.000 funt-sterlinq dəyərində olan mənzili əlil oğluna qulluq etmək üçün yaradılmış fonddan 160.000 funt-sterlinqdən (təxminən 8.867.000 funt-sterlinq) istifadə edərək alıb.

Rayner yeni ev üçün əmlak vergisini az ödədiyini etiraf etdikdən sonra istefa verdiyini açıqlayıb.