"Deloitte Azərbaycan" və "Qarabağ" FK arasında Anlaşma Memorandumu imzalanıb - FOTOLAR

5 Sentyabr 2025 15:37 (UTC+04:00)

"Deloitte Azərbaycan" və "Qarabağ" Futbol Klubu (FK) arasında Anlaşma Memorandumu imzalanıb. SİA-nın verdiyi məlumata görə, bu əməkdaşlığın əsas məqsədi klubun inkişaf üçün müxtəlif peşəkar xidmətlərin göstərilməsi, idarəetmə, strateji planlaşdırma və dayanıqlılıq istiqamətlərində dəstək verməkdir.

İmzalanmış memorandum "Qarabağ" FK-nin beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə, klubun idarəetmə təcrübələrini qlobal standartlara uyğunlaşdırmağa və gələcək inkişafına mühüm töhfə verməyə xidmət edir. "Qarabağ" Futbol Klubu təkca idman uğurları ilə deyil, həm də milli qürurumuzun simvollarından biri kimi Azərbaycanın beynəlxalq imicini möhkəmləndirir.

COP29-dan ilhamlanaraq başlanan bu əməkdaşlıq "Deloitte"un dayanıqlılıq və sosial təsir üzrə dəstəyini idman, biznes və icmalara inteqrasiya etməyi hədəfləyir. İdman sevgisini peşəkar biliklərlə birləşdirərək azarkeşlərə və iş dünyasına ilham vermək, ESG prinsiplərinin praktik tətbiqi üçün nümunə yaratmaq bu tərəfdaşlığın əsas dəyərlərindəndir.