Azərbaycan millisinin sabiq futbolçusu Elnur Abdullayevin yeni iş yeri müəyyənləşib. SİA xəbər verir ki, keçmiş yarımmüdafiəçi I Liqanın debütantı "Şahdağ Qusar" klubunun baş məşqçisi təyin olunub.
Onun köməkçiləri Mehman Səfərov və Əlimirzə Daşzərini olub.
Qeyd edək ki, "Şahdağ Qusar" ötən mövsüm II Liqanın qalibi adını qazanıb.