Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq

5 Sentyabr 2025 13:58 (UTC+04:00)

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılır. Naxçıvan RETSİ-dən SİA-nın bölgə müxbirinə bildirilib ki, 35/10 kV-luq Sədərək yarımstansiyasından qidalanan 10 kV-luq hava elektrik verilişi xəttində yerləşən 108 nömrəli transformator üzərində təmir işləri görüləcək.

Bununla əlaqədar Sədərək rayonunun Sədərək kəndində bu gün saat 14:00-dan 15:00-a qədər elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.