Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

5 Sentyabr 2025 11:58 (UTC+04:00)

Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın törədən şəxsi polis əməkdaşları saxlayıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.