"Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyasının “2025-2027-ci illər üzrə reabilitasiya və yenidənqurma tədbirləri” çərçivəsində "Azərenerji" ASC-nin 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyasında görülən işlərlə əlaqədar həmin yarımstansiyadan qidalanan 35 kilovoltluq “Xətai” hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq. “Naxçıvan Enerji” MMC-dən SİA-nın bölgə müxbirinə bildirilib ki, sabah saat 05:30-dan 07:00-a qədər Naxçıvan şəhərinin Xətai, 48, 20, 21, 35 və 52-ci məhəllələrində elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.