Naxçıvanda bədbəxt hadisə nəticəsində ölən şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

5 Sentyabr 2025 11:09 (UTC+04:00)

Şahbuzda istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub. SİA-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı 1983-cü il Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və nənə, 1947-ci il təvəllüdlü Məmmədova Səbinə Xəlil qızı vəfat edib.

Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.