"Ordu" basketbol klubuna yeni məşqçi dəvət olunub

5 Sentyabr 2025 10:17 (UTC+04:00)

"Ordu" basketbol klubuna yeni məşqçi dəvət olunub. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.

Türkiyəli mütəxəssis Mustafa Karaman məşqçilər korpusunda yer alıb. O, komandanın fiziki hazırlığına cavabdeh olacaq.