Gəncədə evdə yanğın olub, zəhərlənənlər var

5 Sentyabr 2025 08:58 (UTC+04:00)

Gəncə şəhərində 4 otaqlı evdə yanğın olub. SİA-nın verdiyi məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində evdə olan 1955-ci il təvəllüdlü Ə.Məmmədov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü V.Məmmədova tüstüdən zəhərlənib.Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.