Keçmiş qarışıq döyüş növləri üzrə idmançı Konor Makqreqor öz onlayn tərəfdarlarını prezident seçkilərində iştirakına kömək edə biləcək şura üzvlərinin maraqlarını lobbiçilik etməyə çağırıb. SİA xəbər verir jki, bu barədə "The Irish Times" məlumat yayıb.
Makqreqor, ötən il zorlamaya dair mülki işi uduzmuşdu, ötən həftə bildirib ki, artıq şuraların və senatorların dəstəyini “qazanıb”.
Cümə axşamı, keçmiş döyüş çempionu Dublində hökumət binalarının yaxınlığında çəkilmiş videonu sosial şəbəkələrində paylaşıb.
“Qeyri-adi şəkildə İrlandiyalı uşaqlar arasında evsizliyin artmasının şahidi olduq. Bu, hökumətin bizim deklarasiyamıza əməl etmədiyini sübut edir. Həmin deklarasiyaya görə, bütün İrlandiyalı uşaqlar qayğı ilə əhatə olunmalıdır. Əvəzində isə uşaqlarımız tərk edilib.
Gələcək nəsillərin bu bacarıqsız şəkildə məhv edilməsi artıq dağılmış sistemə kütləvi miqrasiya axını ilə müşayiət olunub. Turizmimiz kəskin şəkildə azalıb, küçələrimizdə təhlükə isə artıb”, -deyə o bildirib
Makqreqor özünü “əlbəyaxa döyüş ustası” və “qərar verməyə meyilli insan” adlandırıb.
O, izləyicilərini onun adından yerli məclis üzvləri ilə əlaqə saxlamağa çağırıb.
“Əgər prezident seçkilərində səsvermə bülletenində mənim adımı görmək istəyirsinizsə, sizi bu gün öz dairənizin yerli məclis üzvləri ilə əlaqə saxlamağa və mənim namizədliyimi irəli sürmələrini xahiş etməyə ciddi şəkildə çağırıram. Məclis üzvlərimiz cəmiyyətlərimizin əsasını təşkil edir. Onlar daha çox çalışır və insanlara daha çox fayda verirlər, nəinki Böyük Britaniyada yaşayanlar, hansı ki bu ölkəni təkrar-təkrar yarı yolda qoyurlar. Əgər siz məclis üzvüsünüzsə və səsinizin eşidilmədiyini, əllərinizin bağlı olduğunu, cəmiyyətinizə diqqət yetirilmədiyini hiss edirsinizsə, o zaman sizdən mənə dəstək verməyinizi xahiş edirəm. Namizədliyimi irəli sürün və mən sizə həqiqətən eşidilməyiniz üçün platforma və səlahiyyət verəcəyəm,” – deyə o sosial şəbəkədə yazıb.