Kolleclərə qeydiyyatın tarixi açıqlanıb

4 Sentyabr 2025 11:52 (UTC+04:00)

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə sentyabrın 9-u saat 11:00-da start veriləcək. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.