Xaçmazda avtomobil təmiri sexi və kafe yanıb

4 Sentyabr 2025 11:10 (UTC+04:00)

Xaçmaz şəhərində yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 900 m² olan 11 boksdan ibarət avtomobil təmiri sexində sahəsi 50 m² olan boksun yanar konstruksiyaları və bitişik sahəsi 48 m² olan kafenin yanar konstruksiyaları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.