Fransada dəmiryolçular tətilə hazırlaşırlar

4 Sentyabr 2025 07:45 (UTC+04:00)

Fransada dəmiryolçuların 70 faizindən çoxunu birləşdirən 3 həmkarlar təşkilatı bu sahədə çalışanları kütləvi tətilə çağırıb. SİA “Figaro”ya istinadla xəbər verir ki, 3 təşkilat kütləvi tətil üçün sentyabrın 18-ni seçib. Onların başlıca tələbi 2026-cı il üçün dəmir yollarının büdcəsinin ixtisar edilməsidir.

Parisdəki digər nəqliyyat şirkətlərinin həmkarlar təşkilatları da eyni tarixə kütləvi tətil təyin edib.