O da “Teşkilat”a qatılır

4 Sentyabr 2025 07:30 (UTC+04:00)

Türkiyəli məşhur aktrisa Yeliz Şar “Teşkilat” serialının yeni sezonu ilə ekranlara qayıdır. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa serialda “Həyat” obrazını canlandıracaq. O, kəşfiyyat idarəsinin yeni rəhbəri “Cevher”in (Erkan Bektaş) həyat yoldaşı rolunda olacaq.

Qeyd edək ki, serialın 6-cı sezonunun ilk bölümünün 14 sentyabrda yayımlanması planlaşdırılır.