Prezident İlham Əliyevin Çinə işgüzar səfəri başa çatıb

3 Sentyabr 2025 19:41 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri sentyabrın 3-də başa çatıb.

SİA xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.