Tam orta təhsil bazasında kolleclərin plan yerləri 98.66 faiz dolub

3 Sentyabr 2025 18:30 (UTC+04:00)

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) 15 min 662 nəfər qəbul olub.

SİA-nın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.66 faiz dolub. Cəmi 212 yer (1.34 faiz) boş qalıb.